Lənkəranda piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşdirilib - FOTO

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşdirilib - FOTO Dünyasını dəyişən şəxs ailəsi ilə birlikdə Lənkəranda istirahətdə olublar
Hadisə
27 İyun , 2016 11:04
Lənkəranda piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşdirilib - FOTO

Lənkəran. 27 iyun. REPORT.AZ/ Lənkəranda ötən gecə piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyən olub.

“Report”un Cənub bürosu xəbər verir ki, gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndi ərazisinən keçən hissəsində qəza törədən sürücü 33 yaşlı Lənkəran rayon Göyşaban kənd sakini Samir Əlihüseyn oğlu Ağayev olub. O, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən Bərdə rayon sakini 72 yaşlı Qurban Yelmar oğlu Abbasov vurub. Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya çatdırıb. Lakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı yolda dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Sürücü isə deyildiyi kimi hadisə yerindən qaçmayıb, əksinə, S.Ağayevi xəstəxanaya təhvil verdikdən sonra polisə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Qeyd edək ki, dünyasını dəyişən şəxs ailəsi ilə birlikdə Lənkəranda istirahətdə olublar

Son xəbərlər

Orphus sistemi