Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO "Chevrolet aveo" markalı avtomobil 30-35 yaşlı naməlum piyadanı vurub
Hadisə
28 May , 2017 15:34
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Report.az

Lənkəran. 28 may. REPORT.AZ/ Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı, "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi