Lənkəranda sürücü vurduğu piyadanı xəstəxanaya apardıqdan sonra qaçıb - YENİLƏNİB

Lənkəranda sürücü vurduğu piyadanı xəstəxanaya apardıqdan sonra qaçıb - YENİLƏNİB Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub
Hadisə
22 Yanvar , 2017 10:32
Lənkəranda sürücü vurduğu piyadanı xəstəxanaya apardıqdan sonra qaçıb - YENİLƏNİB

İlk xəbər saat 9:16-da dərc edilib

Lənkəran. 22 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda piyadanı maşın vurub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun "Mərkəzi bazar" adlanan ərazisində qeydə alınıb.

Rayonun İsti-su qəsəbəsi, Talışlı kənd sakini, 1966-cı il təvəllüdlü, Əliyev Arif Qüdrət oğlu yolu keçərkən onu maşın vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı sürücünün həyat yoldaşı da yanında olub. Onun sözlərinə görə, A.Əliyev "VAZ 2106" markalı "42-BT-234" dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulub. Sürücü yaralını xəstəxanaya apardıqdan sonra oranı tərk edib.

Xəstəxanadan bildirilib ki, yaralı A.Əliyevə kəllə-beyin travması diaqnozu qoyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.