Lənkəranda piyadanı avtomobil vurub - FOTO

Lənkəranda piyadanı avtomobil vurub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Yanvar , 2018 18:56

Lənkəran. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda piyadanı avtomobil vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Şəhidlər xiyabanı" küçəsində qeydə alınıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onun Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 1981-ci il təvəllüdlü Firuzə Rafail qızı Kələntərli olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi