Lənkəranda pirotexniki vasitələr satan şəxslər aşkarlanıb

Lənkəranda pirotexniki vasitələr satan şəxslər aşkarlanıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satılması ilə bağlı 4 fakt müəyyən edilib.
Hadisə
28 dekabr 2021 12:59
Lənkəranda pirotexniki vasitələr satan şəxslər aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satılması ilə bağlı 4 fakt müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən baxış zamanı həmin mağaza və piştaxtalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran rayon sakinləri S.Vahabov, Ş.Səfərova, V.Kamalzadə və R.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi