Lənkəran. 30 avqust. REPORT.AZ/ Lənkəranda evinə oğru girən KXCP-nin yerli təşkilatının sədrinin həyat yoldaşının vəziyyəti ağırlaşıb.
"Report"un Cənub bürosunun məlumatına görə, Lətafət Şəfiyeva evində naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs L.Şəfiyavanı itəliyib və qadın yıxılaraq xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və qadına ilkin tibbi yardım göstərilib. Bu gün isə qadının vəziyyəti ağırlaşıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başalanılıb.
***09:29
Lənkəran. 30 avqust. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Lənkəran şəhər təşkilatının sədrinin evinə oğru girib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib.
Belə ki, KXCP-nin Lənkəran şəhər təşkilatının sədri Azad Şəfiyevin evinə oğru girib.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib. Səs-küy yarandığını görən naməlum şəxs heçnə oğurlaya bilmədən qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb.