Lənkəranda ötən ay baş verən qəzada komaya düşən yeniyetmə xəstəxanada ölüb

Lənkəranda ötən ay baş verən qəzada komaya düşən yeniyetmə xəstəxanada ölüb Tahir Ağazadə avqustun 16-dan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdu
Hadisə
8 Sentyabr , 2017 12:11
Lənkəranda ötən ay baş verən qəzada komaya düşən yeniyetmə xəstəxanada ölüb

Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Lənkəranda ötən ay baş verən və 2 nəfərin ölümü, 5 nəfərin xəsarət almasına səbəb olan yol qəzasında komaya düşən 13 yaşlı Ağazadə Tacir Mahir oğlu dünyasını dəyişib.

"Report"un Cənub bürosu xəbər verir ki, o, avqustun 16-dan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdu. 

Həkimlərin cəhdlərinə baxmayaraq, T.Ağazadənin həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, hadisə avqustun 16-da Ələt-Astara magistralının Liman şəhəri ərazisində baş vermişdi.

Belə ki, iribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxaraq qəzaya səbəb olub. Bu zaman sürücü avtomobilin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.

Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və bir sərnişini aldıqları xəsarətdən hadisə yerində ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, 2004-cü il təvəllüdlü Ağazadə Tacir Mahir oğlu və Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi