Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO Qəzanın baş vermə səbəbləri araşdırılır
Hadisə
25 Mart , 2016 16:26
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Bakı. 25 mart . REPORT.AZ/ Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib.

Belə ki, Lənkəran şəhər sakini, Heydər Əliyev küçəsi 73 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Məmmədli Nəriman Seyran oğlu idarə etdiyi VAZ-21015 markalı 42-BS-753 dövlət nömrə nişanlı avtomaşınla idarəetməni itirərək, yol kənarındakı maneəyə çırpılıb. Sürücü hadisə yerində keçinib. 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, N.Məmmədlinin aprel ayının 27-də toyu olacaqmış.

Son xəbərlər

Orphus sistemi