Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
30 Noyabr , 2015 14:59
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini, 60 yaşlı Akif Rza oğlu Əhmədov idarə etdiyi 10-VN-098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Lənkəran rayon sakini Ruslan Fuad oğlu Nuriyevin idarə etdiyi H023-103 tranzit nömrə nişanlı "Ford" markalı avtomobil toqquşub. 

"Mercedes" markalı avtomobilin sürcüsü A.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib. "Ford" markalı yük avtomobilinin sürücüsü R.Nuriyev ağır bədən xəsarətlərilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi