Yuxarı
    Bağlamaq

    Lənkəranda ölü heyvan ətinin əhaliyə satılmasının qarşısı alınıb - FOTO

    Heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Labaratoriyasına təhvil veriləcək

    Bakı. 28 dekabr. REPORT.AZ/ Lənkəranda ölü heyvan cəmdəklərindən satış məqsədilə istifadə edilməsinin qarşısı alınıb. 

    "Report" xəbər verir ki, Lənkəran Baytarlıq İdarəsinə daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları ilə birlikdə həyata keçirilən əməliyyat nəticəsində Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran üç baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb. 

    Lənkəran Baytarlıq İdarəsindən verilən məlumata görə, heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

    Faktla bağlı araşdırmalar davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi