Yuxarı

​Lənkəranda oğlu ilə birgə döyülən şəxs ölüb

Araşdırmalar davam etdirilir

Bakı. 6 avqust. REPORT.AZ/ Lənkəranda döyülən şəxs ölüb.

“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 5-də qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun İstisu qəsəbəsində həmin qəsəbənin sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubov tutulub.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi