Yuxarı

Lənkəranda narkotik vasitəni daxili orqanında gizlədən şəxs ölüb - YENİLƏNİB

Lənkəranda narkotik vasitəni daxili orqanında gizlədən şəxs ölüb

Daxili orqanında Azərbaycana narkotik vasitə gətirən zaman ölən gəncin şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, İrandan Azərbaycana qayıdan Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Qabil İsmayıl oğlu Bağırovun səhhəti qəfildən pisləşib.

Məlumata görə, Q.Bağırov Astara sərhəd-buraxılış məntəqəsindən keçərkən narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmaq istəyib. Lakin narkotik vasitə orqanizmə nüfuz etdiyindən ölümə səbəb olub.

Q.Bağırovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.


*** 20:51

Lənkəran şəhərində narkotik vasitədən ölüm hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, ilkin məlumatlara görə, 25-30 yaşınada olan gənc oğlan daxili orqanında İramn İslam Respublikasından narkotik vasitə gətirərək Astra Göpmrük Postundan keçirib. Lakin daxili orqanında olan narkotik vasitə onun orqaniziminə nüfuz edb və hələlik adı məlum olmayan gəncin ölümünə səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi