Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.
Hadisə
25 Oktyabr , 2021 09:40
Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi