​Lənkəranda Nardaranda həlak olan polis əməkdaşının hüzr mərasimi keçirilir

​Lənkəranda Nardaranda həlak olan polis əməkdaşının hüzr mərasimi keçirilir Mərasimə dövlət rəsmiləri də qatılıb
Hadisə
27 Noyabr , 2015 22:32
​Lənkəranda Nardaranda həlak olan polis əməkdaşının hüzr mərasimi keçirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü Tağıyev İsmayıl Rəsul oğlunun hüzr mərasimi keçirilir.

"Report" xəbər verir ki, axşam saatlarında mərhumun doğulduğu Lənkəran şəhərinə qayıdan ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib.

Mərasimə rayon Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti də qatılıb. Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub.

Ağır atletika üzrə Avropa çempionu İsmayıl Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan prezidenti İlham Əliyev ölümləridən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi