Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb Nurxan Haşımov körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub
Hadisə
16 Avqust , 2017 22:47
Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Lənkəran. 16 avqust. REPORT.AZ/ Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib.

Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin müdaxilədən sonra yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Yol polisi əməkdaşları hadisə yerində olub.

Hazırda sürücünün tapılması ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi