Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın ölüb - FOTO - YENİLƏNİB

Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın ölüb - FOTO - YENİLƏNİB Yaralılardan biri 40, digəri 63 yaşındadır
Hadisə
21 İyun , 2017 04:45
Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın ölüb - FOTO - YENİLƏNİB
"Report"

Lənkəran. 21 iyun. REPORT.AZ/ Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın dünyasını dəyişib. 

"Report"un Cənub bürosu xəbər verir ki, həkimlər bir neçə bıçaq zərbəsi almış 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızının həyatını xilas edə bilməyiblər. 

Onun qızı - 1977-ci il təvəllüdlü İlahə Nəcəfovanın vəziyyəti isə ağırdır və cərrahi əməliyyatı davam edir.

Qeyd edək ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar Liman şəhərində, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. Faktla bağlı araşdırma aparılır. 


***02:10

Lənkəranda naməlum şəxs evə basqın edib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar həmin ünvandakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yaralılardan biri 40, digəri 63 yaşındadır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi