Lənkəranda minik və yük avtomobilləri toqquşub - YENİLƏNİB

Lənkəranda minik və yük avtomobilləri toqquşub - YENİLƏNİB Foto əlavə olunub
Hadisə
230
7 İyul , 2019 02:31
Lənkəranda minik və yük avtomobilləri toqquşub - YENİLƏNİB

Foto əlavə olunub


Lənkəranda minik və yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Gərmətük kəndində baş verib. "Mercedes" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən "QAZ-52" markalı avtomobil ilə toqquşub. Maşınlar zərbənin təsirindən aşıblar.

Qəza nəticəsində "QAZ-52"nin sürücüsü Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlu hadisə yerində vəfat edib, sərnişini 1964-cü il təvəllüdlü Nurullayev Ehtiram Nahid oğlu isə ağır yaralanıb. Yaralı ilə birgə digər avtomobilin sürücüsü Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Rasim Adət oğlu da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını qəfildən yerinə yetirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi