​Lənkəranda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı - VİDEO - YENİLƏNİB

​Lənkəranda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı - VİDEO - YENİLƏNİB Qəzaya hadisə yerindən qaçan üçüncü nəqliyyat vasitəsinin sürücüsü səbəb olub
Hadisə
4 Noyabr , 2015 00:57
​Lənkəranda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı - VİDEO - YENİLƏNİB

İlk xəbər 00:16-da dərc olunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Gecə saatlarında Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun Lənkəran rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, ilkin məlumata görə, "Daewoo" markalı 90-VF-676 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Ford" markalı mikroavtobusla toqquşub.

Qəzadan sonra "Daewoo" divara çırpılıb. Nəticədə sürücü, 1990-cı il təvəllüdlü Qurbanov Ravid Vasif oğlu və sərnişin 1991-ci il təvəllüdlü Əhmədzadə Valeh İsmət oğlu ağır xəsarətlə Ləkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü xəstəxanada dünyasını dəyişib. Onların hər ikisi Lənkəran rayon Yuxarı Nüvədi kənd sakinləridirlər.

Şahidlərin sözlərinə görə, qəzaya hadisə yerindən qaçan üçüncü nəqliyyat vasitəsinin sürücüsü səbəb olub.

Son xəbərlər

Orphus sistemi