Lənkəranda mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var - FOTO

Lənkəranda mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var - FOTO Qəza Ələt-Astara magistralında baş verib
Hadisə
2 İyul , 2017 09:59
Lənkəranda mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var - FOTO
Foto: Report.az

Lənkəran. 2 iyul. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonu, Şiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəəbər verir ki, üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi