Lənkəranda mikroavtobus yanacaqdaşıyan maşınla toqquşub - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəranda mikroavtobus yanacaqdaşıyan maşınla toqquşub - FOTO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Noyabr , 2016 11:39
Lənkəranda mikroavtobus yanacaqdaşıyan maşınla toqquşub - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində Cəlilabad rayon sakini Tərlan İslamovun idarə etdiyi "ZİL" markalı yanacaqdaşıyan maşın və Masallı rayon sakini  Ramin Baxışovun idarə etdiyi "Ford" markalı mikroavtobusun toqquşması ilə baş verən baş verən yol-nəqliyyat hadisəində xəsarət alan mikroavtobusun sürücüsünün vəziyyəti ağırdır. 

Bu barədə "Report" un Cənub bürosuna Lənkəran Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

***

Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı mikroavtobus yanacaqdaşıyan "ZİL" markalı maşınla toqquşub. Nəticədə "Ford"un sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Hadisə zamanı yanacaqdaşıyan maşın aşıb və yanacaq ətrafa dağılıb. Ərazidə partlayış təhlükəsi yaranıb. Magistral yol bağlanıb, sürücülər alternativ - kənd ara yollarından istifadə etməklə hərəkətini davam etdiriblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi