Yuxarı

Lənkəranda mikroavtobus piyadanı vurub

Lənkəranda mikroavtobus piyadanı vurub
Yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub

Lənkəran. 21 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xarxatan kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı mikroavtobus 1955-ci il təvəllüdlü Murad Dadaşovu vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan M.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Sürücünün şəxsiyyəti məlum deyil.

Faktla bağlı Lənkəran rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi