Lənkəranda meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi

Lənkəranda meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir
Hadisə
30 Aprel , 2021 10:09
Lənkəranda meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi