Lənkəranda məktəblilər qəza törədib, 4 şagird yaralanıb - SİYAHI - YENİLƏNİB

Lənkəranda məktəblilər qəza törədib, 4 şagird yaralanıb - SİYAHI - YENİLƏNİB Onların hamısının 16 yaşı var və eyni sinfin şagirdləridir
Hadisə
117
11 Oktyabr , 2017 16:06
Lənkəranda məktəblilər qəza törədib, 4 şagird yaralanıb - SİYAHI - YENİLƏNİB

Lənkəran. 11 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat zamanı xəsarət alan məktəblilərin adı məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verən qəzada şəhər 6 saylı məktəb-liseyin dörd nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarələri alıb. Yaralılar məkətbin 10-cu sinif şagirdləri olub.

Yaralılar -  2001-ci il təvəllüdlü Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşaddır.


***15:38

Lənkəran. 11 oktyabr. REPORT.AZ/ Lənkəranda məktəb şagirdləri qəza törədib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi