Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - FOTO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Yanvar , 2017 19:23
Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəran. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb. 

Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.

Son xəbərlər

Orphus sistemi