Lənkəranda maşının vurduğu qadının şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Lənkəranda maşının vurduğu qadının şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda bu gün saat 16:00 radələrində avtomobilin vurduğu qadının şəxsiyyəti məlum olub.
Hadisə
7 sentyabr 2018 20:16
Lənkəranda maşının vurduğu qadının şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB
Report

Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda bu gün saat 16:00 radələrində avtomobilin vurduğu qadının şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, xəsarət alan şəxsin "Raypo" adlanan ərazidə yaşayan 1968-ci il təvəllüdlü Mirmövsümova Sevinc Sabir qızı olduğu müəyyən edilib.

Kəllə-beyin travması alan S.Mirmövsümovanın bədəninin müxtəlif yerlərində sınıq və travmalar var. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.


***16:05

Lənkəran. 7 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda qadın piyadanı avtomobul vurub.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı, 42 BN 209 dövlət qeydiyyat nişanlı minik avtomobili orta yaşlı qadını vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi