Lənkəranda piydanı vuraraq öldürən sürücü polisə təslim olub - FOTO - YENİLƏNİB

Lənkəranda piydanı vuraraq öldürən sürücü polisə təslim olub - FOTO - YENİLƏNİB Bu, Mamusta kənd sakini Kamil Muradovdur
Hadisə
137
20 Aprel , 2017 00:21
Lənkəranda piydanı vuraraq öldürən sürücü polisə təslim olub - FOTO - YENİLƏNİB

Bakı. 20 aprel. REPORT.AZ/ Lənkəranda piydanın ölümünə səbəb olan sürücünün şəxsiyyəti məlum olub.

"Report" Cənub bürosu xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Muradov Kamil Əyyar oğludur. O, özü polisə gələrək təslim olub.

Sürücü, "Mercedes" markalı "90-KF-505" dövlət qeydiyyat nişanlı avtomobil ilə 1976-cı il təvəllüdlü Gərmətük qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. 

***22:26/19 aprel

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, naməlum avtomaşın 1976-cı il təvəllüdlü qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib.

Sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi