Lənkəranda market satıcılarına saxta əskinas verən şəxslər saxlanılıb

Lənkəranda market satıcılarına saxta əskinas verən şəxslər saxlanılıb Lənkəranda market satıcılarına saxta əskinas verən şəxslər saxlanılıb.
Hadisə
16 Dekabr , 2019 13:01
Lənkəranda market satıcılarına saxta əskinas verən şəxslər saxlanılıb

Lənkəranda market satıcılarına saxta əskinas verən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 14-də Lənkəran şəhərindəki marketlərin birində alış-veriş edən şəxsin 100 manatlıq saxta əskinas verməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verməkdə şübhəli bilinən şəhər sakini A.Rəcəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi N.Əliyevlə birgə başqa bir mağazadan da alış-veriş müqabilində 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi