Lənkəranda leysan yağış yağması nəticəsində bəzi həyətləri su basıb - FOTO

Lənkəranda leysan yağış yağması nəticəsində bəzi həyətləri su basıb - FOTO Bir neçə yerdə çinar ağacları yola aşıb
Hadisə
3 Dekabr , 2015 21:58
Lənkəranda leysan yağış yağması nəticəsində bəzi həyətləri su basıb - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ Axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət olunub. "Report"un xəbərinə görə, bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi transformatorlarda qəzalar baş verib.

Yağıntı davam edir.

Son xəbərlər

Orphus sistemi