Yuxarı

Lənkəranda kütləvi dava: 4 nəfər xəsarət alıb

Gəncədən toya gələn şəxslə kriminal aləmdə adları hallanan sakinlər arasında mübahisə yaranıb

Bakı. 13 avqust. REPORT.AZ/ Lənkəranda bu axşam kütləvi dava qeydə alınıb. "Report"un məlumatına görə, Gəncədən Lənkərana bacısı qızının toyuna gələn 1995-ci təvəllüdlü Əliyev Uğur Ələddin oğlu ilə kriminal aləmdə adları hallanan iki yerli sakin arasında mübahisə yaranıb.

Nəticədə kriminal elementlər Uğur Əliyevin qonaq qaldığı evə hücum ediblər.

Dava nəticəsində ev sahibi, Gəncə sakininin qaynı - Firdovs Mirzə oğlu Əhmədov və oğlu başdan xəsarət alıblar.

Uğur Əliyev isə döş qəfəsindən bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Ümumilikdə, dörd nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir. Onlardan birinin adı açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi