Lənkəran. 24 yanvar. REPORT.AZ/ "Viza Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin "Lənkəran" filialından oğurlanmış seyfdəki pulun məbləği açıqlanıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, ötən gecə baş vermiş hadisə zamanı seyfdə 7 000 ABŞ dolları və 3 500 manat olub.
*** 15:20
Lənkəranda seyf oğurlanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə "Viza Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin ofisində baş verib. Naməlum şəxslər ofisin pul vəsaitləri saxlanılan seyfi oğurlayıblar. Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.
Seyfin içindəki vəsait barədə açıqlama verilmir. Təşkilatın bütün vəsaiti, sənədləri və möhürü oğurlanan seyfin içərisində olub.
Faktla bağlı araşdırma aparılır.



