​Lənkəranda körpü çöküb, avtomobillərin hərəkəti dayandırılıb

​Lənkəranda körpü çöküb, avtomobillərin hərəkəti dayandırılıb Müvafiq qurumların nümayəndələri hadisə yerindədirlər
Hadisə
12 May , 2015 22:28
​Lənkəranda körpü çöküb, avtomobillərin hərəkəti dayandırılıb

Bakı. 12 may. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən 185-ci kilometrliyində Boladi çayı üzərindəki körpü çöküb.

"Report" xəbər verir ki, bu gün axşam saat 20:00 radələrindən etibarən körpü üzərində hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.

Hazırda Nəqliyyat və Fövqəladə Hallar nazirliklərinin yerli nümayəndələri hadisə yerindədirlər.

Ümumi uzunluğu 50 metrə çatan üçaşırımlı körpü 1960-cı illərdə inşa olunub.

42 saylı Lənkəran Yol İstismar İdarəsinin rəis müavini Mövsüm Həsənovun "Report"a verdiyi məlumata görə, mütəmadi olaraq ağır yük avtomobillərinin üzərindən keçməsi səbəbindən körpünün orta dayaq hissəsi sınıb. Onun sözlərinə görə, körpünün orta hərəkət hissəsində böyük yarğan əmələ gəlib.

Son xəbərlər

Orphus sistemi