Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu Faktla bağlı araşdırma aparılır
Hadisə
25 May , 2021 10:12
Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu
Elmar Abdullayev

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi