Lənkəranda karantin qaydalarını pozan şəxslər aşkarlandı

Lənkəranda karantin qaydalarını pozan şəxslər aşkarlandı Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
Hadisə
705
30 Avqust , 2020 11:54
Lənkəranda karantin qaydalarını pozan şəxslər aşkarlandı

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan "Report"un Cənub Mərkəzinə verilən məlumata görə, təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.

Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi