Lənkəranda itkin düşən uşaq meşəlik ərazidə tapılıb - YENİLƏNİB

Lənkəranda itkin düşən uşaq meşəlik ərazidə tapılıb - YENİLƏNİB Lənkəran şəhərinin Bəliton kəndində itkin düşən 6 yaşlı uşaq tapılıb.
Hadisə
24 Oktyabr , 2019 00:15
Lənkəranda itkin düşən uşaq meşəlik ərazidə tapılıb - YENİLƏNİB

Lənkəran şəhərinin Bəliton kəndində itkin düşən 6 yaşlı uşaq tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb.

Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 09:23

Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlu itkin düşüb.

 "Report"un Cəub Mərkəzi xəbər verir ki, FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar. 

Onun hansı tərəfə getməsi və harada olması ilə bağlı dəqiq məlumat yoxdur. 

Valideynləri Lənkəran Şəhər rayon Polis Şöbəsinə və FHN-nin Cənub Regional Mərkəzinə məlumat verilib. 6 yaşlı uşağın axtarışları davam edir.  

Son xəbərlər

Orphus sistemi