Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı

Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı Lənkəran şəhər sakini itkin düşüb.
Hadisə
24 Fevral , 2020 10:43
Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı
Pexels.com

Lənkəran şəhər sakini itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə fevralın 10-da qeydə alınıb.

Belə ki, E.Səfərzadə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Səfərzadə Bakının Buzovna qəsəbəsində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi