Yuxarı

Lənkəranda intiharın qarşısı alınıb

İntihara cəhd edən şəxs əsəb pozğunluğundan əziyyət çəkir

Bakı. 19 iyul. REPORT.AZ/ Lənkəran rayonunda intiharın qarşısı alınıb.

Rayonun Kərgəlan kənd sakini 26 yaşlı Əli Bayramov özünü quyuya ataraq intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) cənub regional mərkəzinin xilasedicilərinin səyi ilə intihar edən şəxsi quyudan çıxarmaq mümkün olub.

Lənkəran Rayon Mərkəzi Xəsrəxanasında Əli Bayramova zəruri tibbi yardımlar göstərilib. 

Məlumat üçün bildirək ki, intihara cəhd edən şəxs nevroloji dispanserdə qeydiyyatda olmasa da əsəb pozğunluğundan əziyyət çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi