Lənkəran Dövlət Universitetinin 7 tələbəsinin halı pisləşib - YENİLƏNİB-2

Lənkəran Dövlət Universitetinin 7 tələbəsinin halı pisləşib - YENİLƏNİB-2 Lənkəran Dövlət Universitetinin halı pisləşən tələbələri xəstəxanadan evə buraxılıb.
Hadisə
24 İyun , 2019 15:11
Lənkəran Dövlət Universitetinin 7 tələbəsinin halı pisləşib - YENİLƏNİB-2

Lənkəran Dövlət Universitetinin halı pisləşən tələbələri xəstəxanadan evə buraxılıb. 

Bu barədə "Report"un Cənub Mərkəzinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, halı pisləşən tələbələrə xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib, onların vəziyyəti yaxşılaşıb və evə buraxılıblar. 



*** 14:44


Lənkəran Dövlət Universitetinin halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, ilkin ehtimala görə, tələbələri gün vurub. 

Halı pisləşən tələbələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

1. Kərimli Ulduz Elçin qızı, 2000-ci il təvəllüdlü, Yardımlı

2. Əzizova Qumral Cahangir qızı, 1999-cu il təvəllüdlü, İmişli

3. Rzazadə Ləman Səfər qızı, 2000-ci il təvəllüdlü, Biləsuvar

4. Cəlilova Ədilə Şamil qızı, 1998-ci il təvəllüdlü, Şabran

5. Nəzərova İlahə Namik qızı, 1997-ci il təvəllüdlü, Bakı

6. İbrahimova Aygün Fizuli qızı, 1999-cu il təvəllüdlü, Cəlilabad

7. Ağazadə Ülviyyə Mübariz qızı, 1998-ci il təvəllüdlü, Bərdə

Son məlumata görə, digər tələbələrin də vəziyyəti stabilləşib.


*** 14:04

Lənkəran Dövlət Universitetinin 7 tələbəsinin halı pisləşib. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə qiyabi təhsil alan tələbələrin sessiyasında dərs zamanı baş verib.

Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsində qiyabi təhsil alan dörd tələbənin dərs zamanı halı pisləşib: "Halı pisləşən bir tələbə üçün  Təcili Tibbi Yardım Çağırılıb, digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb". 

Qeyd edək ki, daha 3 tələbənin yaşadığı evdə halı pisləşdiyi üçün Lənkəran Rayon Mərkəzi Xəıstəxanasına müraciət ediblər. 

Son xəbərlər

Orphus sistemi