Yuxarı
    Bağlamaq

    Lənkəranda ikimərtəbəli ev yanıb

    Report

    Lənkəran. 29 may. REPORT.AZ/ Lənkəran rayonunda ikimərtəbəli ev yanıb.

    "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Boladi kəndində qeydə alınıb.

    Belə ki, 56 yaşlı kənd sakini Sultan Zakir oğlu Cabbarova məxsus ikimərtəbəli, 8 otaqdan ibarət ev içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 240 m2 olan yaşayış evinin ikinci mərtəbəsinin beş otağı və dam örtüyü tamamilə yanıb. Evin birinci mərtəbəsi yanğından mühafizə edilib. 

    Yanğının başvermə səbəbi araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi