Lənkəranda ikimərtəbəli ev yanıb, 70 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB - VİDEO

Lənkəranda ikimərtəbəli ev yanıb, 70 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB - VİDEO Video əlavə edilib.
Hadisə
18 Oktyabr , 2018 16:47
Lənkəranda ikimərtəbəli ev yanıb, 70 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB - VİDEO
Report
0 : 00
0 : 00

   Video əlavə edilib.


***15:45

Lənkəran. 18 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda ikimərtəbəli ev yanıb, 70 yaşlı qadın yanıq xəsarətləri alıb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Lüvəsər kəndində baş verib.

Belə ki, ikimərtəbəli evin ikinci mərtəbəsi tamamilə yanıb. Hadisə zamanı evdə tək olan 1948-ci il təvəllüdlü Nəzakət Adıgözəlova qonşuların köməyi ilə xilas edilib. O, yuxarı ətrafların yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğına qaz cihazı ilə ehtiyatsız davranış səbəb olub.

Hadisə yerinə FHN-nin iki yanğınsöndürən texnikası cəlb olunub. Evin qalan hissəsi yanğından qorunub.

Son xəbərlər

Orphus sistemi