Lənkəranda iki yük maşını toqquşub, yaralanan var

Lənkəranda iki yük maşını toqquşub, yaralanan var Faktla bağlı araşdırma aparılır
Hadisə
9 May , 2017 11:06
Lənkəranda iki yük maşını toqquşub, yaralanan var

Bakı. 9 may. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shacman" və "KamAZ " markalı yük maşınları toqquşub. Nəticədə sürücülərdən biri, Separadi kənd sakini, 1969-cu il təvəllüdlü Mircavid Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi