Lənkəranda iki yaşlı uşaq xəstəxanada ölüb

Lənkəranda iki yaşlı uşaq xəstəxanada ölüb Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
3 Fevral , 2017 12:35
Lənkəranda iki yaşlı uşaq xəstəxanada ölüb

Lənkəran. 3 fevral. REPORT.AZ/ Lənkəran şəhərində iki yaşlı uşaq xəstəxanada ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Bəleton kənd sakini, 2015-ci il təvəllüdlü Ağazadə Ayan Teyyub qızı səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan bildirilib ki, iki yaşlı A.Ağazadəyə osmatik status (kəskin nəfəs çatışmazlığı) diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin uşağın valideynlərinin həkimə gec müraciəti səbəbi ilə A.Ağazadə xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi