Yuxarı

​Lənkəranda iki qonşu bir-birini bıçaqlayıb - FOTO

Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, Əliağa Vahid küçəsinin 20 yaşlı sakini Kişiyev Mirsaleh Rasim oğlu ilə Nəsimi 68 ünvanında yaşayan 38 yaşlı Məmiyev Eldar Rafiq oğlu arasında yaranmış mübahisə onların bir-birlərini bıçaqlaması ilə nəticələnib.

Hər iki şəxs gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların üzərində çoxsaylı bıçaq xəsarətləri var. 

Mirsaleh Kişiyevin əl, ayaq nahiyələrinin əzələ və vətərləri kəsildiyindən, eləcə də boyun nahiyəsində deşilmiş yarası olduğundan o, dərhal cərrahi əməliyyata götürülüb. Onun çoxlu qan itirdiyi deyilir.

Hadisənin hansı səbəbdən baş verməsi hadisə iştirakçılarının ifadələri alındıqdan sonra məlum olacaq. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi