Lənkəranda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO Lənkəran rayonunun Göyşaban dairəsində iki avtomobilin toqquşması nəticələnən yol qəzası baş verib.
Hadisə
26 İyul , 2019 02:12
Lənkəranda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəran rayonunun Göyşaban dairəsində iki avtomobilin toqquşması nəticələnən yol qəzası baş verib.  

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Boladi kənd sakini 1995-ci il təvəllüdlü Kahin Nahid oğlu Axundzadənin idarə etdiyi "VAZ 2106" markalı 42 BD 325 dövlət qeydiyyat nişanlı avtomobil beton maneəyə çırpılıb. 

Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri - 1996-cı il təvəllüdlü İlkin Qurban oğlu İsmayılzadə və 1998-ci il təvəllüdlü Fərid Maarif oğlu Əlizadə müxtəlif bədən xəsarətləri alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, reanimasiya və travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi