Yuxarı

​Lənkəranda iki maşın toqquşub, 4 nəfər yaralanıb - VİDEO

Qəza yerinə FHN-in xilasediciləri cəlb olunub

Bakı. 13 mart. REPORT.AZ/ Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza "10-TV-358" dövlət qeydiyyat nişanlı `BMW` markalı maşın ilə "07-BF-192" dövlət qeydiyyat nişanlı "Volkswagen Passat"ın toqquşması nəticəsində baş verib.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşınlardan yaralıları çıxarıblar.

Qeyd edək ki, `BMW`-nin sürücüsü Elsevər Bayramov (1975, Lənkəran şəhər sakini) hazırda ağır şok vəziyyətdə xəstəxanadadır. Ona yuxarı sol baldır sümüyünün qəlpəli sınığı və ağır kəllə-beyin travması diaqnoizu qoyulub.

Hadisə zamanı `Volkwagen`də olan bir ailənin 5 üzvündən 3-ü müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar: 

`Volkswagen Passat`-ın sürücüsüü Nicat Qulamov - 1974, Astara rayonu Şiyəkəran kənd sakini (Baş nahiyəsindən xəsarət alıb; 

Qulamova Nərgiz, sərnişin - 2001, Astara rayonu Şiyəkəran kənd sakini (baş-çənə nahiyəsindən xəsarət alıb); 

Qulamova Nüşabə, sərnişin - 2005, Astara rayonu Şiyəkəran kənd sakini (sol baldır sümüyünün 3/1 nahiyəsinin sınığı).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi