Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var Lənkəran rayonunda yol qəzası baş verib.
Hadisə
4 Sentyabr , 2021 17:26
Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəran rayonunda yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhərin akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, rayonun Girdəni kənd sakini, 1989-cu il təvəllüdlü Fərid Rzayevin idarə etdiyi BMW markalı avtomobil Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Ayıq Feyruz oğlu Niftullayevin sükanı arxasında olduğu "VAZ-21099" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Niftullayev xəsarətləri ağır olduğundan əməliyyata alınıb. Ona çənənin iç səthinin kəsilmiş-didilmiş yarası və sol döş qəfəsinin 4-5-6 qabırğalarının sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi