Lənkəranda həmkəndlisini bıçaqlayan şəxs kənd qəbiristanlığında tutulub

Lənkəranda həmkəndlisini bıçaqlayan şəxs kənd qəbiristanlığında tutulub ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
27 May , 2016 10:40
Lənkəranda həmkəndlisini bıçaqlayan şəxs kənd qəbiristanlığında tutulub

Lənkəran. 27 may. REPORT.AZ/ Ötən gecə Lənkəran rayonunun Velədi kəndində həmkəndlisini bıçaqlayaraq qaçan şəxs tutulub. "Report"un Cənub bürosunun müxbirinin verdiyi məlumata görə, o, "Maçan" ləqəbi ilə tanınan 1976 -cı il təvəllüdlü rayonun Velədi kənd sakini İsaq Saleh oğlu Miriyevdir. 

Ötən gecəni kənd qəbiristanlığında keçirən İ.Miriyev bu gün səhər saatlarında evinə gələn zaman əməliyyatçılar tərəfindən tutularaq istintaqa cəlb edilib. İnsidentin səbəbinə gəlincə, saxlanılan şəxslə Şəmsəddin Məmmədovun arasında köhnədən ədavət olduğu deyilir. Hətta bir neçə il əvvəl Ş.Məmmədovun İ.Miriyevi öldürməyə cəhd etdiyi də bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ötən gecə kənd ərazisində bıçaqlanaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Ş.Məmmədov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağır olaraq qalır və süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi