Lənkəranda Gənclər Günü qeyd olunub

Lənkəranda Gənclər Günü qeyd olunub Rayonun ictimai həyatında fəallıq göstərən gənclər təltif edilib
Hadisə
2 Fevral , 2018 14:58
Lənkəranda Gənclər Günü qeyd olunub
Report

Lənkəran. 2 fevral. REPORT.AZ/ Lənkəran şəhərindəki Gənclər Mərkəzində 2 fevral - Gənclər Günü münasibəti ilə “Gənclik dünyanın gələcəyidir” adlı təntənəli bayram tədbiri keçirilib.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, fəal gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycan gəncliyinin, o cümlədən Lənkəran gənclərinin son dövrlərdə təhsil, elm və idman sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.

Daha sonra icra başçısı T.Qaraşov rayonun ictimai həyatında fəallıq göstərən bir qrup fərqlənən gənclərə Şəhər İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələrini təqdim edib.

Tədbir gənclərin hazırladığı əyləncəli müsiqili proqramla davam edib.  

Son xəbərlər

Orphus sistemi