Yuxarı

Lənkəran sakini güllələnərək qətlə yetirilib - YENİLƏNİB

Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Ötən gün Lənkəranda baş verən qətlin bıçaqla yox, odlu silahla törədildiyi məlum olub. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin müdiri Rafiq Qasımov bildirib. Onun sözlərinə görə, Lənkəranın Girdəni kənd sakini Zahir Fərman oğlu Əsgərov, tanışı Havzava kənd sakini Müşfiq Məzahir oğlu Abdullayevi odlu silahla qətlə yetirib: "Meyit müayinə olunmaq üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə gətirildi. Onun üzərində aparılan ekspertizadan sonra məlum oldu ki, Z.Əsgərov sinə nahiyəsindən 5 güllə yarası alıb".

*** 20 oktyabr 21:57

Lənkəranda iki dəfə məhkum olunmuş şəxs qətl törədib. "Report"un məlumatına görə, hadisə rayonun Girdəni kəndində saat 20.00 radələrində baş verib.

Kənd sakini Zahir Fərman oğlu Əsgərov, tanışı rayonun Havzava kənd sakini  Müşfiq Məzahir oğlu Abdullayevi bir neçə bıçaq zərbəsi vurmaqla qətlə yetirib.

Kəndin stadion ərazisində baş vermiş münaqişədən sonra qətli törədən şəxs polisə təslim olub. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir.

Meyit Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi