Lənkəranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Lənkəranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlanıb Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etməkdə təqsirləndirilən şəxsi saxlayıblar.
Hadisə
28 Sentyabr , 2019 14:16
Lənkəranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etməkdə təqsirləndirilən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş X.Məmmədovun ətrafında əməliyyat tədbirləri aparılıb.

Onun avqustun 1-də şəhər ərazisindəki evlərin birindən 2614 manat pul və 3350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi