Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
12 May , 2021 15:32
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Lənkəranda yaşayış evindən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-dən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi